Вернуться назад Распечатать

Rusiya Ukrayna ilə danışıqlar üçün kartlara malikdir - Tramp

1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlarda kartların Rusiyanın əlində olduğunu bildirib. Amerika liderinin çıxışını Fox News kanalı yayımlayır.

“Mən hesab edirəm ki, yekun razılaşmanın əldə olunması kontekstində Rusiya ilə məşğul olmaq daha asandır. Təəccüblüdür, çünki onların əlində bütün kartları var”, - Tramp bildirib.

Bundan əvvəl ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu bəyan edib. Tramp əlavə edib ki, Rusiya lideri Ukraynadakı münaqişəni “bitirmək istəyir”.