Вернуться назад Распечатать

Biləsuvarda qanunsuz ağac kəsən və ətraf mühiti çirkləndirən şəxslər müəyyən olunub

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə şəhər ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub. 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1xeber.media-ya  bildirilib ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 2 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması
məqsədilə keçirilən nəzarət-profilaktiki tədbirlər zamanı sözügedən inzibati xətaya yol verən 15 nəfər barəsində qanunamüvafiq qaydada tədbirlərin görülməsi təmin edilib.