Вернуться назад Распечатать

Seymur Mövlayevə yüksək vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında (KTN) Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) keçmiş sədri Seymur Mövlayevə yeni vəzifə verilib.

1xeber.media  Report-a istinadla xəbər verir ki, o, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri təyin edilib.S.Mövlayev vaxtilə KTN yanında Aqrar Xidmətlər Agentliyinə (AXA) də sədrlik edib.