Вернуться назад Распечатать

Zelenskinin reytinqi açıqlandı

Ağ Evdə iki lider arasında yaşanan gərginlik Volodimir Zelenskinin reytinqini yüksəldib.

1xeber.media xəbər verir ki, bu barədə Kiyev Sosiologiya İnstitutu məlumat yayıb.

Mənbənin məlumatına görə, Ukrayna Prezidentinin reytinqi 67 faiz yüksəlib.

Ekspertlər hesab edir ki, Zelenskinin reytinqinin artmasına səbəb təkcə mübahisə deyil, ABŞ-ın həm də Ukraynaya yardımları və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmasıdır.