Вернуться назад Распечатать

Kral Zelenski ilə görüşdü

Kral III Çarlz Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul etdikdən sonra ABŞ Prezidenti Donald Trampın Britaniyaya münasibətini dəyişib.

Bu barədə “Deyli Meyl” yazıb.

“Kral Sandrinqemdə Vladimir Zelenskini qəbul etdikdən sonra Donald Tramp Britaniyaya qarşı soyuqlaşıb. Trampın müttəfiqləri Ağ Ev rəhbərinin narazılığını Britaniya rəsmilərinə çatdırıblar. Onlara cavab olaraq bildirilib ki, Vaşinqtonun krala Zelenski ilə görüşməmək göstərişi verməsi yersizdir”, - nəşr bildirib.