Vaşinqton ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-ni rəsmən bağlayır.
1xeber.media xəbər verir ki, bu barədə martın 10-da ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
"Altı həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83%-ni rəsmi olaraq ləğv edirik" deyə o, X-də (keçmiş Twitter) yazdı.
Onun sözlərinə görə, ləğv edilmiş 5200 müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən yollara xərclənib. O, bəzi üsulların hətta Vaşinqtona zərər verdiyini açıqlayıb.