Вернуться назад Распечатать

İcra başçısına yeni müavin təyin edildi

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

1xeber.media xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin sərəncamı ilə Əliyev Zaur Valeh oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Əliyev Zaur Valeh oğlu 22 noyabr 1976-cı ildə Goranboy şəhərində dünyaya gəlib. O, Azərbaycan Texnologiya Universitetinin məzunudur, müxtəlif vəzifələrdə çalışıb.

Yeni təyinatından öncə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyib.