Вернуться назад Распечатать

Şimal dənizində gəmi ilə toqquşmuş tankerin göyərtəsində partlayışlar baş verib

Böyük Britaniya sahillərində yanacaq sızmasından sonra Şimal dənizində "Solong" konteyner gəmisi ilə toqquşan "Stena Immaculate" tankerinin göyərtəsində silsilə partlayışlar baş verib.

1xeber.media xəbər verir ki, bu barədə martın 10-da gəmi sahibi Crowley Corporation məlumat verib.

Şirkətdən bildiriblər ki, insident səhər saat 10 radələrində tanker lövbərdə olarkən baş verib.

“Toqquşma nəticəsində Stena Immaculate-də içərisində Jet 1A yanacağı olan yük çəni partlayıb. Yanğın baş verib və yanacağın sızdığı bildirilir.  Ekipaj gəmidə silsilə partlayışlardan sonra gəmini tərk edib”, - korporasiyanın Facebook sosial şəbəkəsində bəyanatında deyilir.
Stena Immaculate-dən olan bütün dənizçilərin təhlükəsiz olduğu dəqiqləşdirilir. Hazırda şirkət yanğını söndürmək və tankeri xilas etmək üçün ictimai xidmətlərlə işləyir.