Вернуться назад Распечатать

Zelenski Trampdan üzr istədi

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarına Ağ Evdəki görüşdə baş verənlərə görə üzrxahlıq məktubu göndərib.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Fox News kanalında məlumat verib.

“Zelenski Oval kabinetdə baş verən insidentlə bağlı prezidentə üzrxahlıq məktubu göndərib ki, bu, mühüm addımdır”, - xüsusi nümayəndə qeyd edib.

Vitkoffun sözlərinə görə, ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında çoxsaylı müzakirələr olub və xüsusi nümayəndə bunu irəliləyiş kimi qiymətləndirib.