Вернуться назад Распечатать

Lavrov ATƏT-in baş katibi ilə danışıqlarda jurnalistlərin təhlükəsizliyini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu ilə danışıqlar aparacaq, o, jurnalistlərin təhlükəsizliyi məsələsini qaldıracaq. 

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti martın 10-da rəsmi saytında məlumat yayıb.

“Rusiya tərəfi jurnalistlərin təhlükəsizliyi və bu sahədə ATƏT-in ixtisaslaşmış strukturlarının səmərəliliyinin artırılması yolları məsələsini qaldırmaq niyyətindədir”, - XİN-in bəyanatında deyilir.

Sinirlioğlunun Moskvaya işgüzar səfərinin iki gün davam edəcəyi, Lavrovla danışıqların isə martın 11-nə planlaşdırıldığı dəqiqləşdirilir.