ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib.
1xeber.media xəbər verir ki, dövlət katibi bunu martın 10-da Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalına verdiyi şərhdə bildirib.
"Tramp və Putin arasında görüş üçün konkret tarix müəyyən edilməyib", - Rubio bildirib.
Məqalədə həmçinin bildirilir ki, dövlət katibinin fikrincə, Ukraynada atəşkəs hər iki tərəfin güzəşti olmadan əldə edilə bilməz.