Вернуться назад Распечатать

Tramp Zelenskinin hakimiyyətdən getməsini İSTƏYİR

Donald Tramp özəl olaraq köməkçilərinə açıq şəkildə bildirib ki, Vaşinqton və Kiyev arasında mineral sövdələşmənin imzalanması hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək üçün kifayət etməyəcək.

 O, həm də Ukraynanı illərdir raket, PUA və bombalarla məhv edən Vladimir Putinin istədiyini tələb edə bilər: hakimiyyət dəyişikliyi.

Bu barədə NBC Nyus-un məlumatında deyilir.

Bu həftə Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Tramp orada ABŞ-a Ukraynanın nadir torpaq metallarına və digər minerallara çıxışını təmin edən sazişin imzalanmasını istəyir. Ancaq təkcə bu deyil. O, həmçinin prezident Vladimir Zelenskinin sülh danışıqlarına münasibətinin dəyişməsini, o cümlədən işğal olunmuş ərazilərin Rusiyaya təhvil verilməsi kimi güzəştə getməyə hazır olduğunu görmək istəyir.

Bunları prezident administrasiyasının rəsmisi və başqa bir ABŞ nümayəndəsi NBC telekanalına bildirib. Onlar deyirlər ki, Tramp həm də Zelenskinin seçkilərin keçirilməsi üçün addımlar atmasını və ola bilsin ki, prezident postundan getməsini istəyir.

Bazar günü Tramp deyib: “Biz döyüşləri dayandırmaq üçün əlimizdən gələni etmək istəyirik”. Tramp Putini güzəştə sövq etmək üçün hər hansı addımın atıldığını bildirməyib. Keçən həftə o, Rusiyanı bir daha sanksiyalar və tariflərlə hədələmişdi.

Bloomberg və Reuters-in məlumatına görə, Tramp administrasiyası Rusiyaya qarşı enerji sanksiyalarının yumşaldılması imkanlarını da təhlil edir.