Вернуться назад Распечатать

Vüqar Behbudov universitetdəki tədbirdə iştirak etməyib

Xəbər verdiyimiz kimi, Bakı Biznes Universitetində 8 mart günü münasibəti ilə keçirilən tədbirdən görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Qeyd edək ki, universitetin rektoru İbad Abbasovun da iştirak etdiyi tədbirdə oğlan tələbələr qadın müğənnilərdən birini parodiya edib. 

10 mart tarixində 32gun.az saytında yayımlanan məlumatda iddia olunurdu ki, həmin tədbirdə qonaq qismində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov da iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşının 1xeber.media verdiyi məlumata görə yayılan xəbərlər həqiqəti əks etdirmir və agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov sözügedən tədbirdə iştirak etməyib.