Вернуться назад Распечатать

Azərbaycan Şimali Makedoniyadan məhsul idxalını 2 dəfədən çox artırıb

Cari ilin yanvar ayında Azərbaycana Şimali Makedoniyadan 389 min ABŞ dolları dəyərində məhsul idxal edilib

1xeber.media bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu ölkədən idxal ötən ilin eyni dövrü ilə müqayisədə 221 min ABŞ dolları və ya 2,3 dəfə artıb. Belə ki, 2024-cü yanvar ayında Azərbaycana Şimali Makedoniyadan 389 min ABŞ dolları dəyərində məhsul idxal olunub.

Bu ölkədən idxal olunan məhsullar ümumi idxalın 0,02%-ni təşkil edib.

Qeyd edək ki, bu dövrdə Azərbaycandan Şimali Makedoniyaya məhsul ixrac edilməyib.

Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7 milyon ABŞ dolları və ya 70,5% çoxdur. Ötən ilin yanvarında Azərbacyanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 986,1 milyon ABŞ dolları idi.