Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz uçan aparatın “Drujbı” ölçmə stansiyasına hücumu ilə əlaqədar Rusiyadan Macarıstana neft nəqli dayandırılıb.
1xeber.media xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto məlumat verib.
“Gecə Ukraynaya məxsus pilotsuz uçan aparat “Drujba” neft kəmərindəki ölçmə məntəqəsinə zərbə endirib.Ölçmə məntəqəsi zədələnib və neftin nəqli hazırda mümkün deyil”, - deyə Sijarto Facebook sosial şəbəkəsində videomüraciətində bildirib.
Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Budapeşt Kiyevin Macarıstanın enerji təchizatı üçün vacib olan infrastruktura hücumunu onun suverenliyinə hücum kimi qiymətləndirir.
“Drujba neft kəməri ölkəmizi neftlə təmin etmək üçün həlledici əhəmiyyətə malikdir və vacibdir ki, o, sıradan çıxsa, Macarıstan və Slovakiyanı neftlə təmin etmək fiziki cəhətdən mümkün olmayacaq. Macarıstanın enerji təchizatı suverenlik məsələsidir və biz hər kəsin buna hörmətlə yanaşmasını gözləyirik”.
O, həmçinin əlavə edib ki, Drujba vasitəsilə Macarıstana neft tədarükü təmirdən sonra çərşənbə axşamı axşam saatlarında bərpa oluna bilər.