Вернуться назад Распечатать

Səngər generalı Polad Həşimovun süni intellektlə hazırlanan videosu marağa səbəb oldu

Səngər generalı Polad Həşimovun suni intellektlə hazırlanan videosu marağa səbəb oldu.

1xeber.media xəbər verir ki,generalın uşaqlıq,gənclik və ömrünün sonunadək çalışdığı sahəni əhadə edən qısa video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki,video son zamanlar  istifadəsi geniş yayılmış süni intellek vasitəsi ilə hazırlanıb.

Xatırladaq ki,Ermənistan silahlı qüvvələrinin bölmələri 2020-ci il iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini müxtəlif çaplı silahlardan atəşə tutaraq hücum etməyə cəhd göstərib.

Hücumun qarşısını qəhrəmanlıqla dəf edən zaman Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov şəhid olub. Əsgərlərinin və döyüş yoldaşlarının böyük rəğbətini və sevgisini qazanan səngər generalının şəhadəti bütün Azərbaycanı ayağa qaldırdı.

Ölümündən sonra Polad Həşimova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Ruhun şad olsun, Cənab General!