Qəzza zolağı humanitar fəlakətin astanasındadır və artıq aclığın ilk əlamətləri ilə üz-üzədir.
1xeber.media xəbər verir ki, bu barədə martın 11-də Fələstinin HƏMAS radikal hərəkatının nümayəndəsi Hazem Qasem məlumat verib.
"İşğal artıq on gündür ki, ərzaq idxalının qarşısını aldığı üçün Qəzza zolağında aclıq əlamətləri hiss olunur", - o, Teleqram kanalında yazıb.
Qasem ərəb dövlətlərini Misirdə keçirilən sammitin qərarlarını yerinə yetirməyə və əhali arasında aclığın qarşısını almağa, həmçinin anklavın blokadasının aradan qaldırılmasına kömək etməyə çağırıb.