1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski martın 12-də keçirdiyi brifinqdə bildirib ki, Ukrayna tərəfi sülhə hazır olduğunu nümayiş etdirmək üçün ABŞ-ın 30 günlük atəşkəs təklifi ilə razılaşıb.
“Biz 30 günlük atəşkəs formatına hazırıq. Yəni Amerika tərəfinin bizə təklif etdiyi formata”.
Zelenski əlavə edib ki, ABŞ Ukraynadan münaqişəni tez bir zamanda dayandırmağa hazır olduğunu nümayiş etdirəcəyini gözləyir. Buna cavab olaraq Amerika tərəfi Ukraynaya yardımı bərpa edəcəyinə söz verib. Onun sözlərinə görə, hər iki tərəf öz öhdəliklərini yerinə yetirib.
ABŞ-la bu yaxınlarda baş tutan söhbətdən danışan Ukrayna prezidenti bunu konstruktiv adlandırıb və bunun belə müsbət nəticəli ilk dialoq olduğunu qeyd edib.
Bundan əlavə, Zelenski ABŞ-la mineral ehtiyatlar üzrə saziş bağlamağa hazır olduğunu bildirib və sənədin əvvəllər imzalanmamasından şikayətlənib. Eyni zamanda o qeyd edib ki, Amerika prezidenti Donald Trampın Ağ Evə səfər dəvətini hələ eşitməyib.