Вернуться назад Распечатать

Pakistanda qatar qaçıran silahlılar azı 50 girovu öldürüb

Pakistanın Bəlucistan əyalətində qatara hücum edən silahlılar azı 50 girovu öldürüb.

1xeber.media xəbər verir ki, bu barədə hücuma görə məsuliyyəti üzərinə götürən Bəlucistan Azadlıq Ordusu ekstremist qruplaşmasına istinadən Reuters agentliyi məlumat yayıb.

Qatarda 400-dən çox sərnişinin olduğu dəqiqləşdirilir. Pakistan rəsmilərinin məlumatına görə, hazırda 190 girov azad edilib, agentlik əlavə edib.

Terrorçular bir gün əvvəl, martın 11-də Bəlucistan əyalətində qatarı qaçırıblar. Britaniyanın Daily Mail qəzetinin yazdığına görə, silahlılar sərnişinləri girov götürüb, sürücünü də yaralayıb.

Pakistan təhlükəsizlik qüvvələri əsir düşənlər arasında mülki şəxslərin olması səbəbindən xilasetmə əməliyyatının son dərəcə ehtiyatla aparıldığını bildirib. Təhlükəsizlik qüvvələrinin məlumatına görə, terrorçular girovlardan canlı qalxan kimi istifadə edirlər.