Вернуться назад Распечатать

Donatella Versace Versace-nin kreativ direktoru vəzifəsini tərk etdi

İtalyan modelyer Donatella Versace 30 ilə yaxın çalışdığı Versace moda evinin kreativ direktoru vəzifəsini tərk edib.

1xeber.media xəbər verir ki, bu barədə moda evinin nümayəndələri martın 13-də X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat veriblər.

"Donatella Versace baş brend səfiri rolunu üzərinə götürəcək", - məlumatda deyilir.

O, yeni rolunda özünü moda evinin xeyriyyə işlərinə həsr edəcək və brendin dünya miqyasında müdafiəçisi olaraq qalacaq.
Yaradıcı direktor vəzifəsini Dario Vitale icra edəcək. O, aprelin 1-dən vəzifəsinin icrasına başlayacaq.