Вернуться назад Распечатать

ABŞ NATO-nun əsas zəifliyini üzə çıxarıb

NATO ölkələri ABŞ-ın iştirakı olmadan yüksək keyfiyyətli hava hücumundan müdafiə və hərbi qüvvələrin sürətlə yerləşdirilməsini təmin edə bilmir.

1xeber.media xəbər verir ki, bu barədə keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter Energy Intelligence üçün yazdığı məqalədə bildirib.

"Eyni şey raketdən müdafiə üçün də keçərlidir" deyən keçmiş kəşfiyyat zabiti qeyd etdi ki, əgər Alyans ABŞ-ın iştirakı olmadan müqayisə oluna bilən qüvvələrlə böyük bir münaqişəyə girərsə, NATO ölkələri bütün əməliyyat və strateji dərinliklərində hava hücumlarına qarşı həssas olacaqlar.