Вернуться назад Распечатать

Abidin Fərzəliyevlə şəhid övladının fotosu marağa səbəb oldu

Şəhid Ruhin. İndi bu ad-soyad çoxlarına tanışdır. 

Onlar öz övladlarını, həyat yoldaşlarını, valideynlərini uğrunda canlarından keçdikləri bu Vətənə əmanət etdilər...

Döyüşlərdə hər bir qəsəbə və kəndi düşməndən geri alıb bayrağımızı ucaldanda bizə dünyaları verdilər, məğlub xalq töhmətindən xilas olduq. 
Kapitan Ruhin Müzəffər oğlu Xəlilov da belə qəhrəmanlardan biridir...  Rahat işini, isti kabinetini soyuq səngərə dəyişən könüllü vətən fədaisi...

Bu gün onun doğum günü idi. Vətənə, hər kəsə əmanət etdiyi övladlarının yanında isə onları bir gün belə unutmayan şəxsin fədakarlığını kəlmələrlə ifadə etmək mümkün deyil.

Şəhid övladlarına ruhu ilə sarılan İcra başçısı Abdin Fərzəliyev...
Şəhid övladları sanki onun gələcəyini hiss edib sevgi dolu baxışlarla qapıda gözləyirdilər. Və o an....
Elə sarıldılar ki....


1xeber.media Den.az-a istinadla  xəbər verir ki, şəhidin doğum günü məzarı ziyarət edildi. Abdin Fərzəliyev onun məzarı önünə gül dəstələri düzdü. Ruhuna dular oxundu...