Rusiya və Belarus vətəndaşları iki dövlətin ərazisində yerli seçkilərdə iştirak etmək üçün bərabər hüquqlar əldə ediblər.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Putinin sözlərinə görə, 1998-ci il müqaviləsinə düzəlişlər haqqında protokol digər dövlətin ərazisində daimi yaşayan Rusiya və Belarus vətəndaşlarının yerli hakimiyyət orqanlarına seçmək və seçilmək hüququnu təmin edir.
Dövlət başçısı onu da qeyd edib ki, hazırda vətəndaşların siyasi həyata daha fəal cəlb olunması imkanları genişlənir.