Вернуться назад Распечатать

ABŞ və İsrail Qəzza sakinlərini Afrikaya köçürməyi planlaşdırır

ABŞ və İsrail Qəzza zolağı sakinlərinin mümkün köçürülməsi ilə bağlı Sudan və Somali hakimiyyətləri ilə danışıqlar aparır.

1xeber.media mənbələrə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı Afrika ölkələri ilə təmaslar hələ fevral ayında başlayıb.

“Bu təklif dərhal rədd edildi. Adı açıqlanmayan bir Sudan rəsmisi nəşrə deyib: “Başqa heç kim məsələni qaldırmayıb”.

Daha əvvəl AP xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Fələstinli qaçqınları qəbul etməyə razılıq verərsə, Somalilandın suveren dövlət kimi tanınması ilə bağlı danışıqlar aparır. Respublikanın hakimiyyət orqanları Fələstinlə rəsmi həmrəyliyə görə Amerika nümayəndələri ilə əlaqə faktını açıq şəkildə inkar edir.

Fevralın əvvəlində Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib.