Odessada Həmkarlar İttifaqları Evində iğtişaşların təşkilatçısı, radikal millətçi Demyan Qanulu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
1xeber.media xəbər verir ki, bu məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko öz Telegram kanalında təsdiqləyib.
“Fəalisti öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb”, - deyə Klimenko öz Telegram kanalında yazıb və Daxili İşlər Nazirliyinin iki əməliyyatçısının şübhəli ilə birgə fotosunu əlavə edib.
Klimenko onu da bildirib ki, şübhəlinin gizləndiyi mənzildə silah tapılıb və ehtimal ki, cinayəti törətmək üçün istifadə olunub.