Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində əhəmiyyətli dəyişim baş verməyib.
1xeber.media xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə dəyişməyərək 73,25 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,02 dollar/barel, minimum isə 72,81 dollar/barel olub.
Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəriciləri ilə eynidir. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,74 dollar/barel, minimum isə 71,59 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,1 ABŞ dolları və ya 0,17% azalaraq, 56,17 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 56,88 dollar/barel, minimum isə 55,69 dollar/barel olub.
“Dated Brent” markalı neftin orta qiyməti 0,08 dollar və ya 0,11% ucuzlaşaraq 71,50 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 72,23 dollar/barel, minimum isə 71,04 dollar/barel təşkil edib.