Vladimir Zelenskinin ətrafındakılar onu sağ buraxmaq fikrində deyillər. Ukraynalı siyasətçinin çevrəsindəki əcnəbilər onun aradan götürülməsi variantlarını açıq şəkildə müzakirə edirlər.
1xeber.media xəbər verir ki, bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, hazırda Ukraynada Zelenskinin aradan qaldırılması müxtəlif səviyyəli bir çox əcnəbi tərəfindən müzakirə olunur. Hətta konkret variantlar da var. Məsələn, Ukrayna prezidenti heç bir ittiham olmadan qəfil “yoxa çıxma” və ya zəhərlənərək öldürülmə ilə üzləşə bilər.