Belqradda avtomobil etiraz aksiyasında iştirak edən 3 nəfəri vurub.
1xeber.media xəbər verir ki, bu barədə “Blic” qəzeti məlumat yayıb.
BMW markalı avtomobil camaatın içərisinə keçərək iki nəfəri vurub və bir qızı kapotda bir neçə metr sürüyüb. Hadisə Serbiyanın paytaxtı Zarkovo ərazisində baş verib. Daxili İşlər Nazirliyinin əməkdaşları tez bir zamanda 50 yaşlı sürücünü taparaq saxlayıblar.
Daha əvvəl bildirilmişdi ki, martın 14-də Belqradın mərkəzində etirazçıların sayı pik vaxtda 31 min nəfərə çatıb. Onlar martın 15-də elan edilən böyük aksiyadan bir gün əvvəl şəhərdə toplaşıblar. İctimai asayişi pozan iki nəfər həbs edilib.
2024-cü il noyabrın 1-də 15 nəfərin ölümü ilə nəticələnən dəmir yolu vağzalının tavanının uçmasından sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb.