Вернуться назад Распечатать

Dağıstanda ən böyük meşə sahələrindən birində yanğın baş verib

Dağıstanın ən böyük meşə sahələrindən birində yanğın baş verib.

1xeber.media xəbər verir ki, bu barədə “Ehtiyatlı olun, Xəbərlər” Telegram kanalı məlumat yayıb.

Yanğın səhər saatlarında respublikanın Axtınski rayonunda yerləşən Xryuqski meşə dağının yamacında başlayıb. Yanğının söndürülməsinə 64 nəfər cəlb olunub, onlardan 40-ı yerli sakindir.

Hadisə yerinə xüsusi texnikanın gətirilməsinin mümkün olmadığı dəqiqləşdirilir. Dörd hektar ərazini əhatə edən yanğının söndürülməsi üzrə işlər hazırda mürəkkəbdir.

Bundan əvvəl Primoryedə meşə yanğınlarının minlərlə hektar ərazini bürüdüyü bildirilirdi.