Avropa sursat istehsalını sürətləndirməli və hava hücumundan müdafiəni gücləndirməlidir.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski X sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verib.
“Avropanın ən müasir silahlar istehsal etmək üçün öz arsenalına və imkanlarına ehtiyacı var”, o yazır.
Onun fikrincə, döyüş sursatı istehsalı üç-beş il çəkməməlidir, çünki söhbət Avropanın müdafiəsi və təhlükəsizliyindən gedir. O, həmçinin qitədə hava hücumundan müdafiəni gücləndirməyi unutmamağı xahiş edib.
Bundan əvvəl Zelenski ABŞ-ı Ukraynaya xarici qoşunların yerləşdirilməsi ilə bağlı Moskvanın fikrinə qulaq asmamağa çağırıb. O qeyd edib ki, bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır.