Вернуться назад Распечатать

Serbiyada prezident iqamətgahını partlatmaqla hədələyən şəxs saxlanılıb

Belqradda etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Assambleyanın (birpalatalı parlament) yaxınlığında Serbiya prezidentinin iqamətgahını partlatmaqla hədələyən şəxsi saxlayıblar.

1xeber.media xəbər verir ki, bu barədə martın 5-də Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Belqradda mühafizəçilərə yanında iki bomba olduğunu və prezident sarayını partlatmaq istədiyini söyləyən şəxs həbs edilərək inzibati binaya  aparılıb", - departamentin saytında deyilir.

Axtarış zamanı partlayıcı qurğunun tapılmadığı qeyd edilir.