Вернуться назад Распечатать

Zaqatalada motosiklet avtomobillə toqquşdu - Ölən var

Zaqatalada motosiklet avtomobillə toqquşub.

1xeber.media unikal- a istinadən xəbər verir ki, hadisə bu gün  axşam saatlarında Zaqatala rayonunun  Muxax kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Qaz-3110" və markalı avtomobillə motosklet toqquşub. Hadisə zamanı  motosikletin sürücüsü Əminov İsmayil Məhəmməd oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.