ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətində olduğunu bildirib.
1xeber.media xəbər verir ki, bu barədə "Reuters" nəşri məlumat dərc edib.
"Rusiya ilə yaxşı işimiz var. Baxaq, bəlkə çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı prezident Putinlə danışacağam", - deyə agentlik Trampdan sitat gətirib.