Вернуться назад Распечатать

Atəşkəs ardıcıl pozuldu

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin mövqelərimizi müxtəlif istiqamətlərdən atəşə tutmasından sonra Avropa İttifaqının (Aİ) bu ölkədəki müşahidə missiyasının üzvləri sərhədə göndərilib. 

Patrulun sərhədin atəşkəsin pozulduğu bildirilən hissələrinə göndərildiyi açıqlanıb.

Missiyanın məlumatına görə, hazırda heç bir gərginlik yoxdur.

“Vəziyyət sakit olaraq qalır. Qeyri-adi fəaliyyət müşahidə olunmur”, – məlumatda qeyd edilir.

Qeyd edə ki ,Azərbaycan Müdafə Nazirliyi ötən gün sərhəddə mövqelərimizin müxtəlif vaxtlarda üç dəfə atəşə tutulduğunu açıqlayıb.

Globalinfo.az