Вернуться назад Распечатать

Ənvər Həsənov dəfn edildi

Xalq artisti Ənvər Həsənovla vida mərasimi başa çatıb.

1xeber.media teleqraf-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Buzovna qəsəbəsində - mərhumun evində keçirilən vidada Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Ə.Həsənovun yaxınları, dostları iştirak ediblər.

Mərasim bitdikdən sonra Xalq artistinin cənazəsi Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlığa aparılıb.

Ə.Həsənov vəsiyyətinə uyğun olaraq, həyat yoldaşı Möminat Qurbanovanın məzarı yanında torpağa tapşırılıb.