Вернуться назад Распечатать

ABŞ və İsrail fələstinliləri Qəzzadan Suriya, Sudan və Somaliyə köçürmək istəyir

ABŞ və İsrail hakimiyyəti Suriya, Sudan və Somalini fələstinlilərin Qəzza zolağından köçürülməsi üçün potensial istiqamətlər kimi nəzərdən keçirir.

1xeber.media xəbər verir ki, bu barədə CBS telekanalı martın 16-da mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, İsrail və Amerika rəsmiləri məsələ ilə bağlı Sudan və Somali hökumətləri ilə əlaqə saxlayıblar. CBS-dəki mənbə bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri də üçüncü vasitəçi vasitəsilə Suriyanın yeni müvəqqəti hökuməti ilə əlaqə saxlamağa cəhd ediblər.

Digər CBS mənbəsi isə Suriya rəsmilərinin Qəzzalıların köçürülməsi ilə bağlı hər hansı müraciətdən xəbərsiz olduğunu bildirib.