Slovakiya Ukraynaya hərbi yardım üçün bir sent də verməyəcək və heç bir hərbi missiyada iştirak etməyəcək.
1xeber.media xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko deyib.
Slovakiya Ukraynada heç bir hərbi missiyada iştirak etməyəcək və hərbi yardım üçün bir sent də göndərməyəcək”, - deyə siyasətçi bildirib.
Eyni zamanda o, Slovakiya və Ukrayna hökumətlərinin məsləhətləşmələr şəklində baş tutan növbəti birgə iclasının keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Slovakiyanın baş naziri daha əvvəl demişdi ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada silahlı münaqişəyə son qoymaq üçün “real planı” olan yeganə şəxsdir.