Вернуться назад Распечатать

SOCAR İsraildə saziş imzaladı

"İsrailə işgüzar səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Union Energy" şirkəti arasında İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) birgə kəşfiyyat işlərinin aparılması üzrə Anlaşma Memorandumu imzalanıb".

1xebr.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan verəcək.