Вернуться назад Распечатать

Kanadanın Baş naziri Zelenskini G7 sammitinə dəvət edib

Kanadanın yeni baş naziri Mark Karni Ukrayna prezidenti Vladimir Zelenskini G7 sammitinə dəvət edib.

1xeber.media xəbər verir ki, bu barədə “France 24” Kanada hökumətinin rəsmi nümayəndəsinə istinadən xəbər verir.

Telekanalın qeyd etdiyi kimi, Kanada hökumətinin başçısı həftəsonu Ukrayna lideri ilə telefonla danışıb, lakin mənbə onların söhbətinin təfərrüatlarını açıqlamayıb.

Sammitin 2025-ci ilin iyununda Kanadanın qərbindəki Albertada baş tutacağı dəqiqləşib.

Karni daha əvvəl Rusiyanı Ukrayna ilə bağlı danışıqlar masasına oturmağa çağırmışdı. O, həmçinin vurğulayıb ki, Kanada Ukrayna münaqişəsində dərhal atəşkəs təklifini dəstəkləyir.