“Hələlik vaxtı barədə danışmaq mümkün deyil, çünki planlar yoxdur. Əgər prezidentlər qərar qəbul edərlərsə, o zaman görüş, əlbəttə ki, dövlət başçılarının özlərinin müəyyən etdiyi vaxt çərçivəsində hazırlanacaq”, - deyə Dmitri Peskov Birinci Kanala bildirib.
1xeber.media xəbər verir ki, Kreml sözçünün sözlərinə görə, sabaha planlaşdırılan telefon danışığından əvvəl “gündəmdə olan müəyyən mövzular”, ilk növbədə Ukraynadakı vəziyyət hazırlanır. Donald Tramp rusiyalı həmkarı ilə ərazilər və Zaporijjya Atom Elektrik Stansiyasına nəzarət məsələsini müzakirə etmək planlarından danışıb.
Rusiya və ABŞ prezidentləri sonuncu dəfə fevralın 12-də telefonla danışıblar. Daha sonra onların şəxsi görüşünə hazırlıq başlayıb. Donald Tramp Ciddədə Ukrayna-ABŞ danışıqları başa çatdıqdan qısa müddət sonra Vladimir Putinə zəng edəcəyinə söz verib.