Вернуться назад Распечатать

SON DƏQİQƏ-Sərnişin təyyarəsi dənizə düşdü

Hondurasda sərnişin təyyarəsi qəzaya uğrayıb.

1xeber.media xəbər verir ki, bu barədə yerli “La Prensa” nəşri məlumat yayıb.

İslas-de-la-Baya departamentinin qubernatoru Uqo Varelanın sözlərinə görə, qəza təyyarənin Roatan adasındakı hava limanından qalxmasından sonra baş verib.

“Təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər həlak olub”, - qubernator bildirib.

Məlumata görə, təyyarədə 15 nəfər olub.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.