“PAŞA Bank” və “Kapital Bank”ın rəhbərliklərində dəyişiklik olub.
1xeber.media “News365”ə istinadən xəbər verir ki, Rövşən Şamil oğlu Allahverdiyev “PAŞA Bank”ın Müşahidə Şurasının sədri təyin edilib.
O bu vəzifədə Mir Camal Paşayevi əvəzləyib. Mir Camal Paşayev “PAŞA Bank”ın yaradılmasının ilk günündən başlayaraq ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə bankın səhmdarları siyahısına daxil olub. Rövşən Allahverdiyev “PAŞA Holdinq”in baş icraçı direktorun müavini və holdinqə daxil olan 6 maliyyə təşkilatı və şirkətin Müşahidə Şurasının sədridir.
Bundan başqa, Fərid Məmmədov “Kapital Bank” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib. Modern.az-ın xəbərinə görə, o bu vəzifədə Rövşən Allahverdiyevi əvəzləyib.
Qeyd edək ki, Fərid Məmmədov, həmçinin “PAŞA Holdinq”in direktor müavini, “PAŞA Bank Türkiyə” və “PAŞA Texnologiya”nın Müşahidə Şuralarının üzvü vəzifələrini icra edir.