Вернуться назад Распечатать

Zelenski Finlandiyaya getdi

Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Yelena Zelenskaya Finlandiyaya rəsmi səfərə gediblər. 

1xeber.media xəbər verir ki, bu barədə Finlandiyanın dövlət başçısı Aleksandr Stubb "X" hesabında bildirib. O qeyd edib ki, tərəflər Kiyevə gələcək yardım məsələsini müzakirə edəcəklər. 

Səfər çərçivəsində Ukraynaya hərbi, iqtisadi və humanitar yardımı nəzərdə tutan danışıqlar aparılacaq. 

Qeyd edək ki, 2023-cü ildə NATO-ya üzv qəbul edilən Finlandiya Kiyevin əsas tərəfdaşlarından biridir.