Вернуться назад Распечатать

Ərdoğanla Tramp görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşməyi planlaşdırır.

1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Ərdoğanı ABŞ-yə səfəri zamanı Türkiyənin maliyyə naziri Mehmet Şimşek müşayiət edəcək.

Qeyd edək ki Ərdoğan və Tramp arasında martın 16-sı telefon danışığı baş tutub.