Вернуться назад Распечатать

Tramp Zelenski ilə danışıqların nəticələrini dəyərləndirib

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığının “çox yaxşı keçdiyini” deyib.

1xeber.media xəbər verir ki, bu barədə dövlət başçısı “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

“İndicə Ukrayna prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı başa çatdı. Təxminən bir saat davam etdi. Müzakirənin çox hissəsi Rusiya və Ukraynanın tələb və ehtiyaclarını əlaqələndirmək üçün prezident Putinlə dünənki söhbətə əsaslanıb”, - Amerika lideri qeyd edib.

Tramp həmçinin vurğulayıb ki, ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik üzrə müşaviri daha sonra söhbətin yekun nəticələrini təqdim edəcəklər.