Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığında məqsəd Rusiya və Ukraynanın mövqelərini yaxınlaşdırmaq olub.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth sosial şəbəkə hesabında məlumat verib.
“Söhbətin çox hissəsi [Rusiya] prezidenti Vladimir Putinlə dünənki telefon danışığına əsaslanırdı, onun məqsədi həm Rusiya, həm də Ukraynanın tələb və ehtiyaclarını əlaqələndirmək idi”, - Amerika lideri yazıb.