Вернуться назад Распечатать

Serbiya Novi Sad faciəsindən sonra baş nazir Vuçeviçin istefasını təsdiqləyib

Serbiya parlamenti ölkənin baş naziri Miloş Vuçeviçin istefasını qəbul edib.

1xeber.media xəbər verir ki, bu barədə martın 19-da RTS telekanalı məlumat yayıb.

“Serbiya parlamentinin üzvləri bu gün növbəti yaz sessiyasının birinci sessiyasının gündəliyindəki 70 məsələdən qalan 12-nə səs veriblər. Baş nazir Miloş Vuçeviçin istefası təsdiqlənib”, - deyə məlumatda bildirilir.

Serbiyanın baş naziri Vuçeviç ötən il yanvarın 28-də cəmiyyətdə etirazlar və parçalanmalar fonunda istefa vermişdi. Onun sözlərinə görə, Novi Sad şəhərində qatar stansiyasında tavanın uçması ilə bağlı faciə hökumətə kölgə salıb.