Вернуться назад Распечатать

Putindən Lavrovla bağlı qərar

Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovu “Müqəddəs Həvari Andrey Pervozvannı” ordeni ilə təltif edib.

1xeber.media xəbər verir ki, Lavrov bu mükafata Vətən qarşısında xüsusi xidmətlərinə, Rusiya Federasiyasının xarici siyasət kursunun hazırlanması və həyata keçirilməsində böyük töhfəsinə, uzun illər davam edən səmərəli dövlət fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, bu gün Sergey Lavrovun 75 yaşı tamam olur.