Вернуться назад Распечатать

Həmas Qəzzanın idarə olunmasında maraqlı deyil - Əl-Cəzirə

Fələstin radikal HƏMAS hərəkatının nümayəndələri Qəzza zolağının idarə olunmasında maraqlı olmadıqlarını, lakin “milli konsensus” əldə etmək niyyətində olduqlarını bildiriblər.

1xeber.media xəbər verir ki, bu barədə martın 22-də Əl-Cəzirə məlumat yayıb.

"Bizim Qəzzanı idarə etmək ambisiyamız yoxdur - bizim prioritetimiz milli konsensusdur və biz onun nəticələrinə sadiqik", - Həmas bəyanatında bildirib.

Onlar həmçinin əlavə ediblər ki, hərəkat anklavda ictimai dəstək komitəsi yaratmağa razılaşıb.