Вернуться назад Распечатать

İmamoğlunun məhkəməsi: 34 dövlət ittihamçısı ayrıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərin həbsi ilə bağlı qərar çıxarıb.

İş üzrə artıq 90 nəfər həbs edilib. Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir. Onun bu gün axşam hakim qarşısına çıxarılacağı gözlənilir.

İBB sədri ötən gün birinci ifadəsini vermişdi.

***

Əkrəm İmamoğlu ikinci dəfə polisdə verdiyi ifadə 5 saat davam edib.

Qeyd edək ki, ötən gün Ə.İmamoğlu 3 saat 40 dəqiqə çəkən proses zamanı 121 səhifəlik ifadə vermişdi.

***

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi bitəndən sonra məhkəməyə aparılıb.

***

Əkrəm İmamoğlu və digər 90 şübhəlinin gətirildiyi məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Türkiyə mətbuatının məlumatına görə, dövlət ittihamını 34 prokuror müdafiə edir.